Deputat Elman Nəsirovun keçmiş həyat yoldaşı olduğu iddia edilən Sevinc Nəsirovanın psixoloji dispanserə yerləşdirildiyi ilə bağlı məlumatlar yayılıb. Patrul.az Modern.az-a istinadən xəbər verir ki, son günlər sosial şəbəkə platformasında qeyri-adekvat hərəkətləri ilə gündəmdə olan Sevinc Nəsirovasının müvafiq müalicə müəssisəsinə yerləşdirildiyi barədə məlumatlar mətbuatda yer alıb.
Qeyd edilir ki, Sevinc Nəsirovanın deputat Elman Nəsirovun keçmiş həyat yoldaşı olduğu iddia olunur. Millət vəkilinin qızı Laləzar Əliyeva da ana tərəfinin çəkdiyi görüntülərlə bağlı paylaşım edərək onun səsi ilə çəkilən və trendə düşən videoların silinməsini tələb edib.
Xatırladaq ki, həmçinin bir il əvvəl Laləzar Əliyeva videomüraciət yayıb ki, Elman Nəsirovun qızı olduğu iddia olunan şəxs ata qayğısı görmədiyini bildirir. Buna cavab olaraq deputat bildirib ki, övladına ev vermişdir.