QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində Əminə Rahib qızı İsgəndərli Transfer qiymətlərinə nəzarət şöbəsinin müdiri təyin olunub. Təyinat müvafiq əmrlə rəsmiləşib.
İsgəndərli 2025-ci ilin dekabrından həmin şöbədə baş dövlət vergi müfəttişi işləyib. Bundan əvvəl, 2022-ci ilin sentyabrından 2025-ci ilin noyabrına qədər Milli Gəlirlər Baş İdarəsində vergi auditoru olub, xüsusi vergi rejimli müəssisələrin auditini aparıb.
2019-cu ilin martından 2022-ci ilin avqustunadək o, Bakı şəhəri üzrə Operativ vergi nəzarətinin və uçotun təşkili baş idarəsinin vergi ödəyicilərinə xidmət mərkəzində çalışıb. Bu müddətdə əvvəl dövlət vergi müfəttişi, 2021-ci ilin iyunundan isə baş dövlət vergi müfəttişi vəzifəsini icra edib.
Əmək fəaliyyətinə özəl sektorda başlayan İsgəndərli 2018-ci ilin sentyabrından 2019-cu ilin martınadək “Nexia Azerbaijan” şirkətində kiçik vergi məsləhətçisi olub. Həmin ilin fevral-iyun aylarında “Grant Thornton Azerbaijan” şirkətində audit üzrə təcrübəçi kimi çalışıb.
O, 2017-ci ilin aprel-iyul aylarında “AzSIĞORTA” ASC-nin Biznesin İnkişafı departamentində təcrübə keçib. 2016-cı ilin avqust-sentyabr aylarında isə Azərbaycan Sənaye Sığorta Şirkətində mühasibatlıq üzrə təcrübəçi olub.