QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, meyvə şirələri arasında müxtəlif dadları ilə seçilən Swell markasının məhsullarını Vumart Gross mağazalarından almaq mümkündür. Brendin çeşidində alma, portağal, ananas, şaftalı, albalı və multivitamin şirələri yer alır.
Meyvə şirələrinin tərkibində müxtəlif vitamin və minerallar ola bilər. Portağal şirəsi C vitamini ilə, alma şirəsi kalium və antioksidant birləşmələrlə, şaftalı şirəsi isə karotinoidlərlə seçilir. Bu maddələr orqanizmin normal fəaliyyəti üçün əhəmiyyət daşıyır.
Alman brendi Swell-in məhsulları Rusiyada istehsal olunur. İstehsal prosesində Almaniya istehsalı olan müasir avadanlıq, isti doldurma texnologiyası və dad-keyfiyyət göstəricilərini qorumağa xidmət edən pasterizasiya üsulu tətbiq edilir. Məhsullar şüşə qablarda təqdim olunur.
Swell 2013-cü ildə “Ekoloji Təhlükəsiz Məhsul” müsabiqəsində qızıl medal qazanıb. Rusiyanın müstəqil keyfiyyət qiymətləndirmə qurumu Roskaçestvonun 2023-cü il araşdırmasında markanın portağal şirəsi mümkün 5 baldan 4,98 bal toplayıb. Laboratoriya nəticələrinə əsasən, məhsulda konservant, sintetik rəngləndirici və süni şirinləşdirici aşkarlanmayıb. Şirənin hər 100 millilitrində 25,64 milliqram C vitamini müəyyən edilib.
Azərbaycanda Swell məhsullarının idxalı və distribüsiyası “Azerish LTD” MMC tərəfindən həyata keçirilir. Şirələr 750 və 250 millilitrlik şüşələrdə satışa çıxarılır. Distribütorun bildirdiyinə görə, brend ölkə üzrə 1000-dən çox aktiv satış məntəqəsində təmsil olunur. Məhsullar supermarketlərdə, restoranlarda, beşulduzlu hotellərin restoran və minibarlarında, həmçinin şadlıq saraylarında təqdim edilir.
Vumart Gross-da alıcılar adi pərakəndə qiymətlə yanaşı, klub üzvləri üçün nəzərdə tutulan xüsusi topdansatış qiymətindən də yararlana bilərlər. Bu qiymətə uyğun alış üçün minimum say məhdudiyyəti qoyulmayıb və məhsulu bir ədəd almaq da mümkündür.
Vumart Gross-un Bakıda iki filialı fəaliyyət göstərir: Dərnəgül, 2082-ci məhəllə ünvanında və Şövkət Məmmədova küçəsində, “Azəri” şadlıq sarayının qarşısında. Məhsullar, qiymətlər və klub üzvlüyü ilə bağlı məlumatlar Instagram-dakı @vumart.az səhifəsində yerləşdirilib.