QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycana gəlib. Onu və həyat yoldaşı Əminə Ərdoğanı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qarşılayıblar.
Füzuli Beynəlxalq Hava Limanında keçirilən qarşılama mərasimində hər iki prezident türkiyəli jurnalist Fulya Öztürkün suallarını cavablandırıb.
Qarabağa yenidən səfər etməsi barədə danışan Ərdoğan “Gözəl şeylər hiss edirik, hava da gözəldir” ifadəsini işlədib.
İlham Əliyev isə jurnalistin Zəfər Günü münasibətilə ünvanladığı təbrikə görə minnətdarlığını bildirib və onu da bayram münasibətilə təbrik edib.