QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Azərbaycanın işğaldan azad etdiyi tarixi torpaqların qeyd olunduğu 8 Noyabr – Zəfər Günü Türkiyədə də qeyd edilib.

Bu münasibətlə İstanbul və Ankara şəhərlərinin tanınmış tikililəri Azərbaycan bayrağının rənglərində işıqlandırılıb. İstanbulun rəmzlərindən sayılan Fateh Sultan Mehmet körpüsü ilə Ankaradakı Türkiyə Palatalar və Birjalar Birliyinə (TOBB) məxsus qüllələr mavi, qırmızı və yaşıl rənglərə bürünüb.

Gecə saatlarında hər iki şəhərdə işıqlandırılan tikililərdə ay-ulduz təsvirləri də göstərilib.

Təşəbbüs Türkiyə ilə Azərbaycanın “Bir millət, iki dövlət” şüarı altında birliyini və Qarabağ Zəfəri ilə bağlı ortaq qürurunu əks etdirib.