QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, İtaliya A Seriyasının 11-ci turunda “Milan” səfər oyununda “Cenoa”nı 2:1 hesabı ilə məğlub edib.
Genuyadakı “Luici Ferraris” stadionunda baş tutan qarşılaşmada hesabı 13-cü dəqiqədə “Milan”ın 20 yaşlı cinah hücumçusu Alfaco Sisse açıb. Altı dəqiqə sonra Kristian Pulişiç qonaqların üstünlüyünü iki topa çatdırıb.
“Cenoa”nın yarımmüdafiəçisi Mikael-Eqil Ellertsson 88-ci dəqiqədə uzaqdan vurduğu zərbə ilə fərqi azaldıb və yekun nəticəni müəyyənləşdirib.
Qələbə sayəsində “Milan” xallarını 24-ə çatdıraraq turnir cədvəlinin dördüncü pilləsinə yüksəlib. 13 xalı olan “Cenoa” isə 13-cü yerdədir.