QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, noyabrın 8-də Xankəndidə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət təşkil edilib.
Ziyafət zamanı Azərbaycan və Türkiyə mədəniyyətini, eləcə də Qarabağ zəfərini əks etdirən geniş konsert proqramı nümayiş olunub.
Tədbirin sonunda dövlət başçıları Vətən Müharibəsi Qəhrəmanları, yüksək dövlət ordenləri ilə təltif edilmiş hərbçilər və incəsənət nümayəndələri ilə görüşüb, onlarla xatirə fotosu çəkdiriblər.