QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Türkiyənin Antalya şəhərində keçiriləcək COP31-də iştirak edəcək.
Türkiyənin ilk dəfə ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası çərçivəsində liderlər sammiti sabah başlayacaq.
Antalyada keçiriləcək beynəlxalq tədbirin gündəliyində iqlim dəyişmələri ilə mübarizə, qlobal ekoloji problemlər və bu sahədə beynəlxalq əməkdaşlıq məsələləri yer alır.