QafqazNews Manset.az-a istinadən xəbər verir ki, “Fənərbağça” müvəqqəti baş məşqçi Dirk Kuytla əməkdaşlığa son qoyub. Niderlandlı mütəxəssis İsmail Kartal baş məşqçi postundan getdikdən sonra komandaya rəhbərlik etmiş, “Liverpul” üzərində qazanılan tarixi qələbədə mühüm rol oynamışdı.

Kuyt mövsümün qalan bölümündə Emre Belözoğlunun məşqçilər heyətində olmayacaq.

O, “Fənərbağça”nı müvəqqəti baş məşqçi kimi iki oyunda meydana çıxarıb. Bu qarşılaşmaların birində komanda qalib gəlib, digərində isə məğlub olub.