QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Azərbaycan və Türkiyə arasındakı əlaqələri pozmağa yönələn cəhdlərin Şuşada nəticəsiz qaldığını deyib.
Yıldırım bu fikirləri “Haber Global” telekanalına açıqlamasında səsləndirib. O bildirib ki, Azərbaycan və Türkiyə prezidentlərinin bir-birinin əlindən tutaraq qollarını yuxarı qaldırması dostlara və düşmənlərə ünvanlanan mesaj olub.
“Yaşasın Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı. Yaşasın Azərbaycan-Türkiyə birliyi”, – deyə Binəli Yıldırım vurğulayıb.