QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, heyvandarlıq və quşçuluq müəssisələrinin baş planı hazırlanarkən ərazinin havalanmasını təmin edəcək bina yerləşimi nəzərdə tutulmalıdır. Bununla bağlı qərar imzalanıb.
Layihədə ərazidə üstünlük təşkil edən küləklərin yaşayış məntəqələrindən əks istiqamətə yönəlməsi nəzərə alınmalıdır. Müəssisənin ərazisində müxtəlif hündürlüklü binalar planlaşdırılarsa, alçaq tikililər küləyin gəldiyi tərəfdə yerləşdirilməlidir.
Binalardan ventilyasiya sistemi ilə xaric olunan çirklənmiş havanın ətraf əraziyə yayılması da layihə mərhələsində hesablanmalıdır. İlin bütün fəsillərində sanitariya-mühafizə zonasının sərhədində çirkləndiricilərin ümumi səviyyəsi yaşayış məntəqələrinin havası üçün müəyyən olunmuş həddi keçməməlidir. Hesablamalar aparılarkən ərazidəki mövcud çirklənmə səviyyəsi də nəzərə alınmalıdır.