QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, ABŞ prezidentinin kürəkəni Cared Kuşner İsrailin Baş naziri Benyamin Netanyahunu Qəzza zolağı ilə bağlı Amerika sülh planının icrasına başlamağa çağırıb.
Telefon danışığı noyabrın 24-də keçirilib və konstruktiv olub. Netanyahu Vaşinqtonun təklif etdiyi tədbirləri davam etdirməyə hazır olduğunu bildirib.
Bununla yanaşı, Ağ Evdə və Sülh Şurasında İsrail baş nazirinin fəaliyyəti ilə bağlı narazılığın artdığı bildirilir. Netanyahu siyasi mövqelərini qorumaq üçün sülh prosesini bilərəkdən uzatmaqda ittiham olunur.