QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, səhər saatlarında Hörmüz boğazında İranın icazə vermədiyi marşrutla hərəkət edən üç tankerdə partlayış olub və güclü yanğın başlayıb.

SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin ictimaiyyətlə əlaqələr şöbəsi hadisə barədə qurumun saytında məlumat yayıb. Qüvvələrin açıqlamasında tankerlərin naviqasiya və tanınma sistemlərini söndürməsi, həmçinin ABŞ ordusunun hərəkətləri baş verənlərlə əlaqələndirilib.

SEPAH-ın HDQ-si İranın Hörmüz boğazından keçid qaydalarının bütün gəmilərə dəfələrlə çatdırıldığını bildirib. Qurum xəbərdarlıq edib ki, qaydaları pozaraq ABŞ hərbçilərinin köməyi ilə icazəsiz marşrutlarda hərəkət edən gəmilər də eyni aqibətlə üzləşə bilər.