QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, dünya çempionu olmuş sabiq futbolçu Mesut Özilin Ukraynanın “Mirotvorets” internet saytının məlumat bazasına daxil edildiyi bildirilir.

Buna səbəb Özilin FİFA-nın Rusiya və İsrail komandalarına münasibətdə fərqli mövqe tutmasını tənqid etməsi olub. O, İsrail komandalarına qarşı məhdudiyyət qoyulmadığı halda, Rusiya komandalarına sanksiya tətbiq edilməsini ikili standart adlandırıb.

“Artıq ikili standartları bir kənara qoyub, inşallah, hamıya bərabər yanaşarlar”, – deyə Özil bildirib.

“Mirotvorets” Ukraynanın milli təhlükəsizliyinə təhlükə yaratdığı iddia edilən şəxslərlə bağlı məlumatları yayımlayan saytdır. Bu bazaya daxil edilmək rəsmi dövlət sanksiyası sayılmır.