QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, İran ABŞ-la danışıqlara qayıdış üçün iki gün ərzində həyata keçirilməsi nəzərdə tutulan təklif irəli sürüb.
Tehran ilkin şərt olaraq Vaşinqtondan hərbi əməliyyatları dayandırmağı, dəniz blokadasını aradan qaldırmağı və sanksiyaları ləğv etməyi tələb edir.
Qətərin vasitəçiliyi ilə hazırlanan layihəyə əsasən, ilk gün ABŞ İranın dəniz blokadasını götürməli və dondurulmuş vəsaitlərin bir hissəsini sərbəst buraxmalıdır. Əvəzində İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nüvə obyektlərinə müfəttiş göndərməsinə razılıq verməlidir.
Planın ikinci günündə Hörmüz boğazının açılması, bundan sonra isə nüvə proqramına dair danışıqların bərpası nəzərdə tutulur.