QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Hindistanın Bihar ştatının qanunverici məclisinin üzvü Anant Sinq qızının toy mərasiminə 400 minədək qonaq dəvət etməyi planlaşdırır.
Şivanqinin toyunun Sinqin doğma kəndində keçirilməsi nəzərdə tutulur. Mərasimlə bağlı hazırlıqlar geniş şəkildə davam edir.
Qonşu Uttar Pradeş ştatından gələn ustalar böyük çadırlar və tədbir üçün xüsusi məkan qururlar. Gəlin və bəy üçün təxminən 30 metr uzunluğunda səhnə hazırlanır. Səhnənin bəzədilməsində 15 ton dekorasiyadan istifadə olunacaq. Yüksək vəzifəli qonaqlar üçün ayrıca çadır ayrılıb.
Sinq bildirib ki, dəvətlilər yalnız Hindistandan olmayacaq, Pakistandan da qonaq çağırıb. Məclisdə onlarla sənətçi və siyasətçinin iştirakı gözlənilir. Baş nazir Narendra Modiyə də dəvətnamə göndəriləcək, lakin onun mərasimə qatılıb-qatılmayacağı hələ bəlli deyil.