QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, aşıq Samirə Əliyeva sosial şəbəkələrin musiqi sahəsindəki rolunu tənqid edib.

O bildirib ki, əvvəl gündəmi televiziya və tədbirlər müəyyənləşdirirdi, hazırda isə bu sahədə sosial şəbəkələr əsas rol oynayır.

“Biz gənc olanda sosial şəbəkələr indiki qədər geniş yayılmamışdı. Gündəm onların vasitəsilə idarə olunmurdu, efirlər və tədbirlər gündəmi formalaşdırırdı. İndi isə sosial şəbəkələr üçün bəstələnən mahnılar var. Onları musiqi adlandıraraq bu sənəti hörmətdən salmaq istəmirəm”, – deyə Samirə Əliyeva qeyd edib.