QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, İranın təhlükəsizlik strukturlarından olan yüksək vəzifəli mənbə Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalının açıqlamasını təkzib edib. Açıqlamada ABŞ-nin vitse-prezidenti C.D. Venslə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayinin Dohada görüşünün planlaşdırıldığı iddia olunurdu.

Mənbə bildirib ki, İranın danışıqlar prosesi üzrə dövlət siyasəti və proqramlarında dəyişiklik yoxdur.

Onun sözlərinə görə, ABŞ tərəfi Tehranın müəyyənləşdirdiyi şərtlərə uyğun konkret praktiki addımlar atmayınca, Amerika nümayəndələri ilə danışıqlar aparılması planı gündəmdə olmayacaq.

Türkiyə kəşfiyyatının rəhbəri daha əvvəl Venslə Rzayinin Qətərdə görüşəcəyini açıqlamışdı.