QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Gəncədə motosiklet “BakuBus” sərnişin avtobusu ilə toqquşub.
Qəza şəhərin Ozan küçəsində qeydə alınıb. 2004-cü il təvəllüdlü R.Paşayevin idarə etdiyi motosiklet “BakuBus”a məxsus avtobusla toqquşub.
Kuryer işləyən sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya aparılıb. Onun vəziyyəti kafi qiymətləndirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.