QafqazNews DHA-a istinadən xəbər verir ki, İran İnqilab Keşikçiləri Sözcüsü Hüseyin Muhibbi Fransada market zəncirlərinin soyutma sistemlərinə yönələn siber hücum iddialarını rədd edib və Parisə xəbərdarlıq edib.

Muhibbi virtual media hesabında yayımladığı yazılı açıqlamada, İranın hədəf siyahısında İsrail və ABŞ-dan fərqli olaraq mülki şəxslərin olmadığını vurğulayıb və Fransanın İnqilab Keşikçilərini günahlandırmasına etiraz edib.

Sözcü, soyutma sistemlərinə yönələn siber hücumlarda İranın rolunun ola biləcəyinə dair iddiaları “gülünc” adlandırıb. O bildirib ki, İsrail Avropada İrana qarşı mənfi algı yaratmağa və dəstək toplamağa çalışır və buna görə də saxta bayraq əməliyyatlarına diqqət verilməlidir.