QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, korrupsiya cinayətlərində ittiham olunan Balakənin sabiq icra başçısı İslam Rzayevin əmlaklarına həbs qoyulub.

Mülklərin əksəriyyəti Bakıda yerləşir. Siyahıya paytaxtın müxtəlif ünvanlarındakı bir neçə mənzil, bağ evi, qeyri-yaşayış sahələri və üç bahalı minik avtomobili daxildir. Rzayevin doğulduğu Göyçay rayonunda da bağ evi var.

Dövlət Təhlükəsizliyi Xidmətinin vəsatəti ilə əmlaka həbs qoyulub. Mülklərin ümumi dəyəri 3 milyon manata yaxındır.

DTX iş üzrə istintaqı başa çatdırıb. İslam Rzayevə Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə, 179.3.2-ci maddəsi ilə külli miqdarda mənimsəmə, 311.3.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə təkrar külli miqdarda rüşvət alma, eləcə də 193-1.3.2-ci maddəsi ilə cinayət yolu ilə əldə olunmuş əmlakı leqallaşdırma ittihamları irəli sürülüb. Hիշյալ maddերով 10 ildən artıq müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

İşə Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Xaliq Məmmədovun sədrliyi ilə baxılacaq. İlk məhkəmə iclasının gələn cümə günü keçirilməsi planlaşdırılır.

İslam Rzayev ötən il DTX-nin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs edilib.