QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Türkiyənin keçmiş xarici işlər naziri Hikmət Çətinin vəfatı ilə əlaqədar ailəsinə başsağlığı verib.
Dövlət başçısı Çətinin vəfat xəbərini dərin kədərlə qarşıladığını bildirib. O, mərhumun Azərbaycan və Türkiyə arasındakı münasibətlərin inkişafına, iki ölkə arasında qardaşlıq əlaqələrinin möhkəmlənməsinə böyük töhfə verdiyini vurğulayıb.
İlham Əliyev Hikmət Çətinlə görüşlərini xoş təəssüratlarla xatırlayacağını qeyd edib, ailəsinin bütün üzvlərinə başsağlığı verib və “Allah rəhmət eləsin!” sözlərini çatdırıb.