QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, İstanbulun Bağcılar rayonunda silahlı hücum nəticəsində iki azyaşlı yaralanıb. Hadisə dünən, saat 21:40 radələrində baş verib.

Qara geyimli iki naməlum şəxs dövlət nömrə nişanı olmayan motosikletlə bərbərxananın qarşısına gəlib. Onlar orada dayanan dörd nəfərə atəş açıblar.

Yaralananlardan 16 yaşlı E.G. sol çiynindən və hər iki ayağından güllə yarası alıb. Hadisə ilə əlaqəsi olmadığı bildirilən 12 yaşlı F.K. isə boynundan yaralanıb. Hər iki yeniyetmə təcili tibbi yardım briqadası ilə xəstəxanaya aparılıb.

Hücum edənlər motosikletlə hadisə yerindən qaçıb. İstanbul polisi şübhəlilərin kimliyini müəyyənləşdirib saxlamak üçün əməliyyat-axtarış tədbirlərini davam etdirir.