QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Lənkəranın Şıxəkəran kəndində fərdi yaşayış evində yanğın baş verib. Alov 1958-ci il təvəllüdlü Rəsmiyə Əliyevaya məxsus, 120 kvadratmetr sahəsi olan birmərtəbəli evi tamamilə yararsız hala salıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Lənkəran Dövlət Yanğından Mühafizə Hissəsindən iki yanğınsöndürən avtomobili və canlı qüvvə göndərilib. Yanğınsöndürənlər alovun yaxınlıqdakı tikililərə keçməsinə imkan verməyiblər.
Yanğın zamanı evin yanar konstruksiyaları və içəridəki əşyalar məhv olub. Xəsarət alan olmayıb.