QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Türkiyəli iş adamı Murat Ülker Bakıya iki günlük səfəri zamanı “Azersun Holding”də olub.
Şirkətin Baş İcraçı Direktoru Savaş Uzan və rəhbər heyətlə keçirilən görüşlərdə tərəflər əməkdaşlığın hazırkı nəticələrini nəzərdən keçiriblər. Tərəfdaşlığın genişləndirilməsi imkanları və qarşıdakı dövrün strateji məqsədləri də müzakirə edilib.
Səfər çərçivəsində Ülker üçün bazar ziyarəti təşkil olunub. O, Azərbaycanın pərakəndə satış sahəsindəki vəziyyəti və “Ülker” markasının yerli bazarda necə təmsil olunduğunu öyrənib.
Görüşlər zamanı uzunmüddətli, qarşılıqlı etimada söykənən işgüzar münasibətlərin önəmi qeyd edilib. Tərəflər mövcud əməkdaşlığın daha da irəli aparılması barədə fikir mübadiləsi aparıblar.
“Azersun Holding”lə “Ülker”in əməkdaşlığı 2019-cu ildən davam edir. Azərbaycanda “Ülker” markasının rəsmi distribütoru olan “Azersun Holding” brendin müxtəlif çeşidli məhsullarını ölkə üzrə paylayır və istehlakçılara çatdırır.