Azərbaycan Mərkəzi Bankının (AMB) keçmiş baş direktoru Vüqar Əhmədov yeni bir vəzifəyə gətirilib. NOCOMMENT.az APA-ya istinadən yazır ki, Əhmədov iqtisadiyyat naziri Mikayıl Cabbarovun müşaviri təyin olunub. Xatırladaq ki, o, bu il avqustun 28-də Mərkəzi Bankın baş direktorluğu vəzifəsindən istefa verib.

Vüqar Əhmədov 2009-cu ildən Mərkəzi Bankında çalışır; o vaxtdan müxtəlif illərdə Tədqiqatlar departamentində rəhbər vəzifələr tutub, 2013–2017-ci illərdə Tədqiqatlar və İnkişaf Mərkəzinin direktoru vəzifəsində çalışıb. 2017-ci ilin dekabrından 2026-cı ilin avqustunadək AMB-nin baş direktoru postunu tutub.