QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Milli Məclisin gündəliyinə Azərbaycanla Çin arasında beynəlxalq avtomobil daşımalarına dair sazişin təsdiqini nəzərdə tutan qanun layihəsi daxil edilib.
Sənəd parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sabah keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. Layihə Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında sazişin təsdiq edilməsini nəzərdə tutur.