QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan yeni konstitusiya ilə bağlı referendumun keçirilməsi barədə müxalifətlə razılıq əldə olunmasa, erkən parlament seçkilərinin keçirilməsini mümkün sayır.
Paşinyan brifinqdə növbədənkənar seçkilərin keçirilməsinə maneə olmadığını, bununla yanaşı, müxalifətlə yanaşı cəmiyyətlə dialoqun da vacib olduğunu bildirib.
Baş nazir qeyd edib ki, qərarlar konstitusiya referendumu ilə bağlı parlamentdə keçiriləcək səsvermənin nəticələrinə uyğun veriləcək.
Hakim “Vətəndaş Müqaviləsi” fraksiyasına referendumun keçirilməsi üçün parlamentdə altı səs çatmır.
Ermənistan yeni konstitusiya layihəsini dərc edib. Layihənin preambulasında ölkənin Müstəqillik Bəyannaməsinə istinad yer almayıb.