QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Vyetnamın turizm şəhəri Nha Tranqda yerləşən beşulduzlu otellərdən birinin restoranında ölüm hadisəsi qeydə alınıb.
Hadisə noyabrın 25-də, müştərilər yemək yeyən vaxt baş verib. Gənc oğlan qəfil restoranın hasarına çıxıb. Ətrafdakılar, o cümlədən ofisiantlar onu fikrindən daşındırmaq və aşağı enməyə razı salmaq istəyiblər. Bir neçə saniyə tərəddüd etdikdən sonra o, özünü dənizə atıb.
Gəncin hadisə yerində öldüyü bildirilir. Təhlükəsizlik kameralarının görüntülərində hadisədən sonra restoranda təşviş yarandığı, bəzi müştərilərin masalardan uzaqlaşdığı, otel işçilərinin isə əraziyə baxdığı görünür.
Hadisə ilə bağlı araşdırma başlanıb. Ölən şəxsin kimliyi və intiharın səbəbi barədə məlumat açıqlanmayıb.