QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Sabunçu rayonunun Ramana qəsəbəsində yanaraq yararsız vəziyyətə düşən və yolun ortasında qalan avtomobil ərazidən çıxarılıb.

Problemin polis əməkdaşları tərəfindən aradan qaldırıldığı, nəqliyyat vasitəsinin yoldan kənarlaşdırıldığı bildirilir. Hazırda həmin istiqamətdə nəqliyyatın hərəkəti tam bərpa edilib.

Qeyd edək ki, noyabrın 25-də gecə saatlarında Ramana qalası ilə “Sovxoz Ramana” yaşayış massivi arasındakı avtomobil yolunda, neft mədənləri ərazisində, avtomobil yanmışdı. Tamamilə yararsız hala gələn minik maşını hərəkət hissəsində qalıb, digər sürücülər üçün maneə törədirdi.