QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Rusiyanın Hava Kosmik Qüvvələrinin silahlanma üzrə baş komandan müavini, general-polkovnik Yuri Qrexov həbs edilib.

Noyabrın 25-də Moskvanın 235 saylı Qarnizon Hərbi Məhkəməsi Rusiya İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinin müraciətini təmin edərək generalın barəsində həbs qətimkan tədbiri müəyyənləşdirib. Ona qarşı irəli sürülən ittihamın nədən ibarət olduğu hələ açıqlanmayıb.

Qrexov 1979-cu ildən hərbi xidmətdədir. Müxtəlif dövrlərdə hava hücumundan və raketdən müdafiə qoşunlarında rəhbər vəzifələr tutub. 2021-ci ildə Hava Kosmik Qüvvələrinin silahlanma üzrə baş komandan müavini təyin olunub və general-polkovnik rütbəsi alıb.