Qafqaz News Demokrat.az-a istinadən xəbər verir ki, insulin dirənci vəziyyəti, bədəndə insulin hormonuna hüceyrələrin lazımi səviyyədə reaksiya verməməsi nəticəsində yaranır və buna görə qan şəkəri yüksələ bilir. Normalda insulin qanda qlükozanın hüceyrələrə keçidini təmin edir, lakin dirəncə zamanı bu proses zəifləyir və orqanizm daha çox insulin istehsal etməyə başlayır. Zaman keçdikcə bu vəziyyət 2-ci tip diabetin inkişafına zəmin yarada bilər.

Risk amillərinə qeyri-sağlam qidalanma və fiziki fəaliyyətsizlik daxildir. Şəkərli və emal olunmuş məhsulların yüksək həddə qəbulu, ağ çörək, makaron, düyü kimi karbohidratların üstünlük təşkil etməsi insulin dirəncinin yaranmasına təsir edə bilər. Eyni zamanda piylənmə, xüsusən qarın nahiyəsində yağlanma, genetika və bəzi hormonal problemlər də risk faktorları arasındadır. Hipotireoz, Kuşinq sindromu kimi vəziyyətlər də insulin həssaslığını aşağı sala bilər.

Əsas əlamətlər arasında yeməkdən sonra yorğunluq və yuxululuq, aclıq hissinin qısa müddətdə geri dönməsi, şirniyyata ehtiyac, çəkinin azaltmaqda çətinlik, bel və qarın bölgəsində yağlanma, diqqətə konsentrasiya problemi, yatmazlıq, əllərdə titrəmə və hiperhidroz da müşahidə olunur. Həmçinin boyun, qoltuqaltı və qasıq nahiyəsində dərinin tündləşməsi ilə əlaqəli simptomlar da görülə bilər. Qadılarda menstruasiya dövrünün pozulması bəzən insulin dirənci ilə əlaqəli ola bilər. Əlamətlərin olması mütləq bu vəziyyəti göstərə bilməz; dəqiq qiymətləndirmə üçün həkimə müraciət etmək vacibdir.

İnsulin dirəncinin aşkarlanması üçün həkim pasiyentin şikayətlərini, ailə tarixçəsini və çəki göstəricilərini qiymətləndirir, lazım olduqda acqarına qlükoza və insulin analizləri təşkil olunur. Bəzi hallarda HOMA-IR göstəricisi də istifadə olunur. Bu göstərici acqarına qlükoza və insulin nəticələri əsasında hesablanır və normal hədlər laboratoriya metodologiyasından asılı olaraq dəyişə bilər.

Müalicə və qidalanmada əsas məqsəd həyat tərzinin yenilənməsidir. Sağlam qidalanma, müntəzəm fiziki aktivlik, uyğun yuxu rejimi və piylənmənin tədricən azaltılması mühüm rol oynayır. Şəkərli içkilər, şirniyyat və ağ un məhsulları kimi qidaları kəskin azaltmaq, yerinə tam taxıllı qidalar, tərəvəzlər, paxlalar və zülalla zəngin məhsullara üstünlük vermək tövsiyə olunur. Artıq çəkini 5-10 faiz azaltmaq insulin həssaslığını yaxşılaşdıra bilər.

Bəzi hallarda həyat tərzində dəyişiklik kifayət etmədikdə həkim dərman müalicəsi də tətbiq edə bilər. Metformin kimi dərmanlar bəzi pasiyentlərdə istifadə olunur, lakin bu və ya digər müalicə planı yalnız həkim nəzarətində olmalıdır. Davamlı yorğunluq, səbəbsiz çəki artımı və tez-tez aclıq hissi yaşayan şəxslər endokrinoloq və ya terapevtə müraciət etməlidir.