QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Türkiyənin Giresun şəhərindəki özəl xəstəxanada təmizlik işçisi olaraq çalışan şəxsin tibbi təhsili olmadığı halda əməliyyatlarda iştirak etdiyi iddia edilir.

Məlumata görə, həmin şəxsin həkim və əməliyyat tibb bacısı qismində xəstələrə müdaxilə etdiyi bildirilir. Onun qatıldığı tibbi prosedurlarla bağlı xəstə sənədlərində isə başqa tibb işçilərinin adlarının qeyd olunduğu iddia olunur.

Vətəndaşlar məsələ ilə bağlı Türkiyə Prezident Administrasiyasının Kommunikasiya Mərkəzinə (CİMER) şikayət ediblər. Müraciətdən sonra Giresun Vilayət Səhiyyə İdarəsi araşdırmaya başlayıb.

Yoxlama zamanı həmin şəxsin xəstəxanadakı işi və səlahiyyətləri, eləcə də cərrahi əməliyyatlarda iştirak edib-etmədiyi araşdırılır.