QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Lənkəranda uzun illər fəaliyyət göstərmiş güləş məşqçisi-müəllim Hökmulla Qasımzadə 75 yaşında vəfat edib. O, bölgədə yunan-Roma güləşinin əsasını qoyan və bu idman növünün inkişafına töhfə verən şəxslərdən olub.

Qasımzadə onilliklər boyu Lənkəran şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbində çalışıb, yüzlərlə yeniyetmə və gəncə güləş öyrədib.

Onun hazırladığı idmançılar respublika birinciliklərində və zona yarışlarında uğur qazanaraq diplom və medallara layiq görülüblər. Yarışlarda onlar Lənkəran idman məktəbini təmsil ediblər.