QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, “Barselona”nın 19 yaşlı müdafiəçisi Pau Kubarsi Avropanın ən yaxşı gənc futbolçusu üçün təqdim olunan “Golden Boy” mükafatını qazanıb. Bu barədə mükafatın mətbuat xidməti “X” sosial şəbəkəsində məlumat yayıb.
Mükafatın əvvəlki qalibi PSJ-nin fransalı futbolçusu Dezire Due olub. Bundan iki il əvvəl isə “Barselona”nın vingeri Lamin Yamal bu mükafata layiq görülmüşdü.
Kubarsi cari mövsümdə İspaniya çempionatında “Barselona”nın heyətində doqquz oyun keçirib və iki məhsuldar ötürmə edib. O, Çempionlar Liqasında da dörd qarşılaşmada meydana çıxıb.
Müdafiəçi 2026-cı ildə İspaniya yığmasının heyətində dünya çempionu olub.