QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Bakıda ötən gündən davam edən güclü külək 16 ağacın aşmasına, 32 ağacın isə budaqlarının qırılmasına səbəb olub.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib ki, ötən gün axşamdan başlayan küləklə bağlı quruma 48 müraciət daxil olub.
Müraciətlərin əsasən Xəzər, Suraxanı və Nizami rayonlarından olduğu qeyd edilib. Aşan ağaclar və qırılan budaqlar ərazilərdən götürülüb.
Birlikdən əlavə edilib ki, dəyişkən hava şəraitinə görə əməkdaşlar gücləndirilmiş iş rejimində çalışırlar.