QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Baku TV-nin “Aktual Gündəm” proqramında zəlzələ riski, binaların davamlılığı və seysmik xəritələrin elmi əsasları müzakirə olunub.

Respublika Seysmoloji Xidmət Mərkəzinin Seysmologiya şöbəsinin rəhbəri Tahir Məmmədli Abşeronun seysmik xəritədə 8 ballıq zona kimi göstərilməsini yanlış hesab etdiyini bildirib.

Məmmədlinin sözlərinə görə, 1991-ci ildə Spitak zəlzələsindən sonra 7 ballıq göstərici elmi əsas olmadan avtomatik şəkildə 8 bala yüksəldilib.

Verilişdə binaların zəlzələyə davamlılığı ilə bağlı sual da səslənib. Aparıcı Elçin Əlibəyli “Neçə balda yıxılıb öləcəyik? Onu bizə deyin, bilək ki, binalarımızı neçə bal üçün tikmisiniz”, – deyə müraciət edib.