QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər və Baş Qərargah rəisi, ordu generalı Səlcuq Bayraktaroğlu bu gün İslamabadda keçiriləcək toplantıya qatılacaqlar.
Məkkə Birgə Müdafiə Sazişi əsasında yaradılan Strateji Siyasi və Müdafiə Komitəsi ikinci növbəti iclasını keçirəcək.
Hakan Fidanın görüşdə ittifaqı regional problemlərin dialoq və əməkdaşlıq əsasında həllinə yönələn konstruktiv təşəbbüs kimi təqdim edəcəyi gözlənilir. O, bu yanaşmanın regional məsuliyyət və təşəbbüskarlıq prinsiplərinə söykəndiyini vurğulayacaq.
Türkiyənin xarici işlər nazirinin milli təhlükəsizlik məsələlərində ittifaq üzvləri arasında ortaq təhlükəsizlik anlayışı və hərtərəfli əməkdaşlıq çərçivəsində məsləhətləşmə və həmrəyliyin davam etdiriləcəyini də qeyd edəcəyi bildirilir.