QafqazNews Manset.az-a istinadən xəbər verir ki, APA Media Group-un baş direktoru Vüsalə Mahirqızı Azərbaycan Dillər Universitetinin radiosunun qonağı olacaq.
Noyabrın 26-da keçiriləcək görüşdə Mahirqızı peşəkar fəaliyyəti ilə bağlı təcrübələrini dinləyicilərlə bölüşəcək.
Tədbirdə media sahəsi, jurnalistikanın inkişafı və müasir informasiya mühitinin aktual mövzularının müzakirəsi planlaşdırılır.