QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, müğənni Nəfəsin ailəsində bir neçə gün əvvəl baş verən ağır hadisə ölümlə nəticələnib. Türkiyənin İzmir şəhərində xəstəxanada müalicə olunan müğənninin ögey atası vəfat edib.

Bu barədə Nəfəsin bacısı, müğənni Fatimə Məmmədli məlumat verib. O, iki gün əvvəl atasının mədə xərçəngindən əziyyət çəkdiyini, səhhətinin ağırlaşdığını və beyin ölümünün qeydə alındığını açıqlamışdı. Həkimlər həmin vaxt ailəni yaxın iki gün ərzində mümkün ölümə hazır olmağa çağırmışdılar.

Fatimə Məmmədli daha əvvəl paylaşımında həmin şəxsin bioloji ataları olmasa da, ona və bacı-qardaşlarına heç vaxt ata yoxluğu yaşatmadığını qeyd etmişdi.