QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü və sədr müavini Xəyyam Fərzəliyev vəzifəsindən çıxarılıb. Bununla bağlı sərəncam imzalanıb.

Fərzəliyev 2018-ci il dekabrın 27-dən bu vəzifədə çalışırdı.

Xəyyam Oqtay oğlu Fərzəliyev 1979-cu il aprelin 19-da Rusiya Federasiyasının Kurqan şəhərində anadan olub.

O, 2002-2003-cü illərdə “Baku Coca-Cola Bottlers Ltd” şirkətində biznesin inkişafı üzrə mütəxəssis və kredit nəzarətçisi işləyib. 2003-2005-ci illərdə “Reneyssans Konstrakşn” QSC-də maliyyə şöbəsi müdirinin müavini, 2005-2006-cı illərdə “Energo-stroy” MMC-də iqtisadçı, 2006-2007-ci illərdə isə tikinti sahəsinin müdiri olub.

2007-2008-ci illərdə “Sigma Consulting” MMC-də maliyyə meneceri, 2008-2011-ci illərdə “ZQAN Holdings Limited” şirkətində maliyyə meneceri və Maliyyə departamentinin rəhbəri vəzifələrini tutub. 2013-2014-cü illərdə həmin şirkətdə İdarə Heyətinin üzvü və Biznesin inkişafı departamentinin müdiri kimi çalışıb.

2015-2017-ci illərdə “Boston Consulting Group” MMC-də böyük məsləhətçi olan Fərzəliyev, 2017-2018-ci illərdə “GPB Razvitiye Aktivov” MMC-nin icraçı direktoru vəzifəsini icra edib.