QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Bakının Yasamal rayonunda 51 yaşlı kişi yaşadığı evin qarşısında vəfat edib.
Hadisə M.Həsənov küçəsində baş verib. Bakı sakini, 1975-ci il təvəllüdlü İsmayıl Xanəli oğlu Mikayılzadənin evinin qarşısında qəfil halı pisləşib.
O, hadisə yerində dünyasını dəyişib. İlkin ehtimala əsasən, ölümə ürək çatışmazlığı səbəb olub.
Faktla bağlı araşdırma aparılır.