QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Azərbaycan Dəmir Yollarının kollektivi 8 Noyabr – Zəfər Günü ilə əlaqədar Zəfər abidəsini ziyarət edib.
Vətən müharibəsində əldə olunan qələbənin rəmzi sayılan abidənin önünə gül dəstələri qoyulub. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həyatını itirən şəhidlərin xatirəsi ehtiramla anılıb.