QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Ağsu, Göyçay və Zərdabda 8 Noyabr – Zəfər Günü münasibətilə müxtəlif tədbirlər təşkil edilib.

Ağsuda şəhid ailələri və müharibə iştirakçıları yaşadıqları ünvanlarda ziyarət olunaraq onlarla görüşlər keçirilib. Rayon mərkəzində ağacəkmə aksiyası təşkil edilib. Ardınca rayon Mədəniyyət evində Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş konsert proqramı təqdim edilib. Proqramın sonunda Heydər Parkında atəşfəşanlıq olub.

Göyçayda da 8 Noyabr – Zəfər Günü qeyd edilib. Bayram konsertində tanınmış incəsənət xadimləri və müğənnilər səhnəyə çıxıblar.

Zərdabda isə Zəfər Günü münasibətilə ümumrayon tədbiri keçirilib. Tədbir daha sonra konsert proqramı ilə davam edib; burada tanınmış incəsənət ustaları çıxış ediblər.