QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Şimali Avropanın 10 dövləti Rusiyanın sualtı qayıqlarının fəaliyyətinə qarşı yeni dəniz ittifaqı formalaşdırmağa hazırlaşır.

Təşəbbüs Şimali Atlantika, Arktika və Baltik dənizini əhatə edəcək. Razılaşma həmin ərazilərdə sualtı qayıqların gəmiçilik üçün yarada biləcəyi risklərin qarşısını almağı və dəniz marşrutlarının təhlükəsizliyini qorumağı hədəfləyir.

İttifaqa Böyük Britaniya, Niderland, Norveç, Finlandiya, İsveç, İslandiya, Danimarka, Latviya, Litva və Estoniyanın qoşulması nəzərdə tutulur.

Sənədə əsasən, ölkələr kəşfiyyat məlumatlarını paylaşmaqla yanaşı, hərbi dəniz, hava və quru qüvvələrinin koordinasiyalı fəaliyyətini də təmin edəcəklər. Razılaşmanın Böyük Britaniyaya məxsus HMS Prince of Wales aviadaşıyıcısında imzalanması planlaşdırılır.

Yeni təşəbbüs Birgə Ekspedisiya Qüvvələri (JEF) çərçivəsində reallaşdırılacaq.