QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb.
Füzuli Beynəlxalq Hava Limanında Ərdoğanın şərəfinə fəxri qarovul düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı, eləcə də xanımı Əminə Ərdoğanı yola salıblar.