QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Naxçıvan şəhərində 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı keçirilib və atəşfəşanlıq təşkil olunub. Tədbir Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi ilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.

Heydər Əliyev Muzeyinin qarşısında təşkil edilən konsertdə Naxçıvan Dövlət Filarmoniyasının solistləri və rəqs kollektivi, “Şərur” Xalq Yallı Ansamblı, Naxçıvan Muxtar Respublikası Aşıqlar Birliyinin təmsilçiləri, həmçinin regional mədəniyyət idarələrinin və uşaq musiqi-incəsənət məktəblərinin yaradıcı kollektivləri səhnəyə çıxıblar.

Proqram atəşfəşanlıqla yekunlaşıb.