QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Qax rayonunun Ləkit kəndi ərazisində yük maşını mikroavtobusa çırpılıb və nəqliyyat vasitəsi dərəyə aşıb.

Hərəkətdə olan TIR markalı yük avtomobili “Mercedes” markalı mikroavtobusu arxadan vurub. Zərbədən sonra içində sərnişinlərin olduğu mikroavtobus yoldan çıxaraq dərəyə düşüb.

Hadisə nəticəsində ciddi xəsarət alan olmayıb. Yük maşınının yük hissəsində başqa avtomobillərin də olduğu bildirilir.

Qəza ilə bağlı araşdırma aparılır.