QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Azərbaycan komandası Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında çimərlik güləşi üzrə daha bir qızıl medal əldə edib.
90 kq çəki dərəcəsində çıxış edən Elgün Kərimli finalda Gürcüstan idmançısı Nuradin Mustafayevə qalib gələrək turnirin çempionu olub. Bu barədə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi məlumat yayıb.
B qrupunda yer alan Kərimli qrup mərhələsindəki üç qarşılaşmanın hamısında qələbə qazanıb. O, əvvəlcə Moldova təmsilçisi Artiom Kakeanı, ardınca Mərakeşdən Nour Qannamı, son görüşdə isə Braziliya idmançısı Allan Smit di Souza Beserranı üstələyib və yarımfinala yüksəlib. Həlledici görüşə vəsiqə üçün keçirilən yarımfinalda güləşçimiz Seneqal təmsilçisi Ablaye Diufu məğlub edib.
Beləliklə, Azərbaycan çimərlik güləşi yarışlarını üç medalla yekunlaşdırıb. Daha əvvəl Tunar Quliyev (70 kq) qızıl, Nihad Süleymanlı (80 kq) gümüş medal əldə edib. Günel Kərimli (55 kq) isə Oyunlarda beşinci yeri tutub.