QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranın nüvə sazişi istiqamətində irəliləməsi və Hörmüz boğazını açması halında Vaşinqtonun yenidən hücuma keçmə ehtimalının az olduğunu bildirib.
Tramp mümkün addımın İranın “çox güclü” saziş imzalayıb-imzalamamasından asılı olacağını söyləyib. “Lazım gələrsə, bunu edəcəyəm, amma biz onlara çox ağır zərbələr endirmişik”, – o qeyd edib.
ABŞ prezidentinin sözlərinə görə, bölgədə ölkəsinin üç təyyarədaşıyan gəmisi var və onlar tam hazırlıqlı, silahlanmış vəziyyətdədir. Tramp ABŞ-nin bir saat ərzində İranın 38 körpüsünü dağıda biləcəyini, İranın isə hazırda raket potensialının 10 faizinə və dron imkanlarının 15 faizinə sahib olduğunu iddia edib.
“Çox güman ki, buna ehtiyac olmayacaq”, – Tramp əlavə edib.